Şəki mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, süfrə psixologiyasını, adətləri, gigiyenanı, etikanı, mətbəxin sair aspektlərini əks etdirir. Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə bildirir.
Siz, bütün bu harmoniya ilə təmasda olmaq istəyirsinizsə, bu özəllikləri sizə Küngüt Otel təklif edir.
Peşəkar aşpazların tam təbii məhsullardan bişirdiyi dadlı təamlar, gülərüz personal, yüksək xidmət, əla keyfiyyət və sərfəli qiymətlərlə sizin xidmətimizdəyik.
Özəl günlərinizi, xoş anılarınızı keçirmək üçün sizləri Şəkinin ən füsünkar bir məkanına, Küngüt Otelə dəvət edirik.
Təbiətin yaratdığı möcüzələrdən danışanda, füsünkar və cəlbedici gözəlliyi ilə göz oxşayan Otelimizin mənzərəsini görüb valeh olmamaq mümkün deyil.
Təbii ehtiyyatları və mədəni irsinə görə fərqlənən Şəkimizin əsrarəngiz təbiətini yalnız dagların və meşənin içində yerləşən Küngüt Oteldən seyr etmək olar.
Üfüqə açılan pəncərələrdən səmaya baxmaq, çayın səsinə qulaq asmaq, sanki təbiətlə danışırmış kimi təmasda olmaq, insana ilham verir.
Meşənin içində yerləşən besetkalarımızda samovar çayının ayrıca ləzzəti var...
Qeyri - adi coğrafi mövqedə yerləşən, ilin bütün fəsillərində möhtəşəm bir görünüşlə qonaqların yadında qalan Otelimizin Restoranına sizləri dəvət edirik.
Hər zaman olduğu kimi, sizin istirahətiniz, bizim işimizdir!